BDU-nun əməkdaşları və tələbələri Ucar rayonunda şəhid Kənan Məmmədovun məzarını ziyarət ediblər

BDU-nun əməkdaşları və tələbələri Ucar rayonunda şəhid Kənan Məmmədovun məzarını ziyarət ediblər Bakı Dövlət Universitetinin (BDU) tələbələri Filologiya fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Kənan Məmmədovun Ucar rayonunun Alpout kəndində yaşayan ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.
Ziyarətdə bu ali məktəbin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, akademik məsləhətçi Natəvan Əliyeva və tələbələr iştirak ediblər.
Ziyarət zamanı çıxış edənlər şəhid Kənan Məmmədovun Vətən torpağı uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən danışıb, onun ömür yolunun gənclərə nümunə olduğunu bildirib, əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.
Şəhidin ailə üzvləri və yaxınları ilə birgə onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Kənan Məmmədov 2013-2017-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb, Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

Tehsil-press.az

Oxşar xəbərlər