Biləsuvar rayonunda Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Rüstəmlinin xatirəsi yad edilib.
Kənan Rüstəmlinin şəhid olmasının ildönümü ilə bağlı keçirilən anım mərasimində tərbiyə işləri üzrə prorektor dosent Xanım Sultanova, Həmkarlar İttifaqının sədri dosent Əzim Əliyev, Tərcümə fakültəsinin dekanı dosent Nurlana Nağıyeva, Tərcümə fakültəsinin müəllimi dosent Kamran Hacıyev və universitetin tələbələri iştirak ediblər.
Əvvəlcə şəhid Kənan Rüstəmlinin məzarı və abidə-bulaq kompleksinin önünə əklil və gül dəstələri qoyulub.
Şəhidin ailə üzvləri ilə görüşən BSU-nun müəllim və tələbələri belə bir vətənpərvər oğul böyüdüb tərbiyə etdiyinə görə Kənan Rüstəmlinin ailəsinə minnətdarlıq bildiriblər.
Tehsil-press.az