68 müharibə iştirakçısı polisdə işə qəbul edildi

68 müharibə iştirakçısı polisdə işə qəbul edildi Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Sıra baxışında gənclərdən daha hazırlıqlı olan 234 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.
Nazir daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, vətəndaş məmnunluğunun təmininə layiqli töhfə vermələrini tövsiyə edib.

Tehsil-press.az



Oxşar xəbərlər