Hazırlığa getmədən 637 bal yığdı - Hüquqşünas olacaq

Hazırlığa getmədən 637 bal yığdı - Hüquqşünas olacaq Samux rayonunun Əhmədbəyli kənd sakini, Mirzəyeva Fidan İlqar qızı qəbul imtahanında yüksək nəticə göstərib.

Bu haqda Milli Qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd məktəbi məlumat yayıb.

Qeyd edilir ki, o, heç bir repetitor yanına getmədən 637 bal toplayıb.

Nəticədə Bakı Dövlət Universitetinin (dövlət sifarişi əsasında) Hüquq fakültəsinə qəbul olub.

Tehsil-press.az

Oxşar xəbərlər