Buraxılış imtahanında yüksək bal toplayaraq fərqlənən abituriyentlər

Buraxılış imtahanında yüksək bal toplayaraq fərqlənən abituriyentlər Martın 12-də keçirilən buraxılış imtahanında yüksək nəticə toplayan abituriyentlərin adları açıqlanıb.
Dövlət İmtahanda 297,5 bal toplamaqla yüksək nəticə göstərən 4 abituriyent var:
Abışova Fidan Yusif qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Cəfərzadə Taliə Cavid qızı - Bakı şəhər Nəsimi rayon Texniki-humanitar liseyi;
Mürşüdlü Nəzrin Elxan qızı - Səbail rayon 160 nömrəli Klassik gimnaziya;
Quliyeva Ləman Sənan qızı - Sabunçu rayon 169 nömrəli orta məktəb.
Texniki-humanitar liseyin tələbəsi Taliə Cəfərzadə açıqlamasında həkim olmaq istədiyini bildirib:
“Bu 3 fəndən yüksək nəticəni müəlimlərimin sayəsində qazanmışam. Azərbaycan Tibb Universitetinə qəbul olmaq istəyirəm, arzum həkim olmaqdır”.
Nəsimi rayon Texniki-humanitar liseyin məzunu Fidan Abışova isə hansı ixtisası seçəcəyini hələ müəyyənləşdirməyib.
Səbail rayon 160 nömrəli Klassik gimnaziyanın məzunu Nəzrin Mürşüdlü isə ayrıca müəllim yanına getmədiyini, məktəbdə hazırlaşdığını deyir:
“Gələcəkdə sahə mühəndisliyi fakültəsində təhsil almaq istəyirəm. Amma hələ hansı universiteti seçməyimlə bağlı qərar verməmişəm”.
Qeyd edək ki, bu buraxılış imtahanında 300 ballıq maksimum nəticə qeydə alınmayıb.

Tehsil-press.az


Oxşar xəbərlər