Gənc Psixoloqun Məktəbinə gedənlərin nəzərinə

Gənc Psixoloqun Məktəbinə gedənlərin nəzərinə M.V.Lomonosv adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Gənc Psixoloqun Məktəbinin məşğələləri fevralın 16-dan başlanacaq və hər şənbə günü saat 16:00-da keçiriləcək.
Məşğələlər pulsuzdur və 1,5-2 saat davam edəcək.
Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında keçiriləcək. Əlaqə nömrəsi: +99412 598 93 32.
Gənc Psixoloqun Məktəbi haqqında ətraflı məlumat MDU-nun Bakı filialının saytında yerləşdirilib.
Qeyd edək ki, Gənc Psixoloqun Məktəbi psixologiya fakültəsinə qəbul üçün imtahanlara hazırlıq deyil. Psixologiya fakültəsinə qəbul üçün biologiya üzrə imtahana hazırlığa dair ayrıca kurslar təşkil ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər