
DİM-dən bildirilib ki, müsabiqədə 2 namizəd iştirak edib və rezidenturaya qəbul olunub.
Rezidenturaya qəbul olmuş namizədlər sentyabrın 5-dən 10-dək (18:00-dək) “portal.edu.az” platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər.
Əlavə məlumat Səhiyyə Nazirliyindən veriləcək.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.
Tehsil-press.az