Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir

Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 425 (onlardan 32 plan yeri Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulub) yerdən ibarət olub.
Əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 14 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).
DİM-in saytında boş qalan plan yerləri təqdim olunur.
Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı N1, 2021, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 18-i saat 11:00-dən oktyabrın 19-u saat 14:00-dək https://eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər