ABŞ Dövlət Departamenti Avropaya səfər etmək niyyətində olan ölkə vətəndaşlarına Polşa və Fransada terror təhlükəsinə dair xəbərdarlıq edib.
Tehsil-press.az-n verdiyi xəbərə görə, söhbət Polşada iyulun sonunda qeyd olunacaq katolik Ümumdünya Gənclər Günü və Fransada iyunun 10-da başlayacaq futbol üzrə Avropa Çempionatının oyunları zamanı silahlılar tərəfindən törədilə biləcək terror aktlarından gedir. Məlumatda qeyd olunur ki, terrorçular mənfur əməllərinə məhz turistləri hədəf seçə bilər. Qeyd edək ki, KİV-lər bundan əvvəl İŞİD terrorçularının AVRO-2016 çərçivəsində keçiriləcək İngiltərə-Rusiya matçı ərəfəsində terror aktları törətməyi planlaşdırdığını bildiriblər.
Tehsil-press.az