İstanbulda və Antalyada terror aktları törədilə bilər

İstanbulda və Antalyada terror aktları törədilə bilər Amerikalı diplomatlar öz vətəndaşlarına Türkiyədə yüksək terror təhlükəsi barədə xəbərdarlıq ediblər. Onlarda olan məlumata əsasən, yaxın zamanlarda iki şəhərdə terror hücumları gerçəkləşdirilə bilər. Tehsil-press.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında bildirilib.
ABŞ-ın İstanbuldakı baş konsulluğundan məlumat verilib ki, ölkənin əsas turizm şəhərlərinin — İstanbulun və Antalyanın meydanlarında və sahil zonalarında real təhlükə mövcuddur. Amerikalı diplomatlar vətəndaşlarından belə yerlərdən uzaq olmağı və yerli mətbuatı izləmələrini xahiş ediblər.

tehsil-press.az