
Bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, karbon lifindən hazırlanan və 1971 kilonyuton itələmə gücünə malik olan bu mühərrik əvvəlki modellərdən xeyli güclüdür və gələcəkdə “Hwasong-20” də daxil olmaqla strateji raket sistemlərində tətbiq edilə bilər.
Kim Çen In bu nailiyyəti gözqamaşdıran inkişaf kimi dəyərləndirib. Sınaq onun altı ildən sonra ilk dəfə Çinə səfərindən və burada Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bir neçə ölkə lideri ilə çoxtərəfli görüşdə iştirakından dərhal sonra keçirilib.
Pxenyanın son aylarda raket sınaqlarını intensivləşdirməsi Asiya-Sakit okean regionunda nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb, çünki Şimali Koreya 2025-ci ilin birinci yarısında Yapon dənizinə doğru bir neçə nüvə başlığı daşıya bilən qitələrarası ballistik raket buraxıb.
Tehsil-press.az