Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Yaponiyanın Müdafiə Nazirliyi də KXDR-in ballistik raket buraxdığını ehtimal edir. Hələlik raketin xarakteristikası və uçuş detalları barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Cənubi Koreya rəsmiləri KXDR-in qitələrarası ballistik raket buraxmağa hazırlaşması barədə kəşfiyyat məlumatını açıqlayıb. Dekabrın 17-də səhər saatlarında ABŞ-ın “USS Missouri” atom sualtı qayığı Şimali Koreyanın ehtimal olunan qitələrarası ballistik raket buraxılışı ilə əlaqədar narahatlıq fonunda müttəfiqi Cənubi Koreyaya dəstək məqsədilə Busan şəhərindəki hərbi dəniz bazasına çatıb. Təxminən 3 həftə əvvəl isə ABŞ-ın “USS Santa Fe” atom sualtı qayığı Cənubi Koreyanın Cecu adasındakı hərbi dəniz bazasına gəlib.

Tehsil-press.az


Oxşar xəbərlər