Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon (Şərq) dənizi istiqamətində ballistik raket buraxıb.
Bu barədə Yonhap agentliyi məlumat yayıb. Bu, Şimali Koreyanın cari ildə ilk raket sınağıdır.
Hələlik raketin və onun uçuşunun detalları barədə məlumat yoxdur. Bununla belə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-şik ötən həftə Yonhap agentliyinə müsahibəsində KXDR-in yaxın günlərdə bərk yanacaqla işləyən ortamənzilli ballistik raket sınağı keçirə biləcəyini, ayın sonunda isə uzaqmənzilli raket buraxa biləcəyini açıqlamışdı.
KXDR-in yeni ildə ilk raket buraxılışı Koreya yarımadasındakı gərgin vəziyyət fonunda baş verib. Yanvarın 5-7-də KXDR-in ölkənin qərb sahilində, Cənubi Koreyanın adalarına yaxın ərazidə Sarı dəniz istiqamətində döyüş atışlı artilleriya təlimləri keçirməsi ilə bölgədə vəziyyət gərginləşmişdi. Ardınca Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreyanı ölkəsinin düşməni adlandırmış və onunla müharibədən çəkinmək niyyətində olmadıqlarını bəyan etmişdi.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə ötən il dekabrın 18-də Yapon dənizi istiqamətində bərk yanacaqla işləyən “Hwasong-18” qitələrarası ballistik raketini buraxmışdı.
Tehsil-press.az