Lənkəran Dövlət Universitetinin rektor əvəzi dəyişdirilib.
Lənkəran Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən şəxs dəyişdirilib. Tehsil-press.az-ın məlumatına görə, mart ayından rektoru işdən çıxarılan universitetdə bu vəzifəni bu gündən Natiq İbrahimov icra edəcək.
Tehsil-press.az-ın məlumatına görə, adıçəkilən universitetdə müvəqqəti rektor vəzifəsini bu günə kimi Nizami Yusubov idarə edirdi.
Amma neçə gündür Nizami Yusubovun adı ətrafında xoşagəlməz məlumatlar yayılıb. İddiaya görə, N.Yusubov tələbələrə qiyməti rüşvətlə yazıb, universitetdə korrupsiyanın yayılmasına şərait yaradıb.
Lakin tehsil-press.az-a müraciət edən onlarla tələbə rektoru əvəz edən müəllim haqqında şayiələrin heç bir əsası olmadığını bildiriblər. Tələbələr Nizami Yusubov haqqında deyilənlərin tamamilə səhv olduğunu qeyd ediblər. Onlar deyirlər ki, Nizami Yusubov 10 ildən çoxdur həmin universitetdə prorektor kimi çalışır. "Keçmiş rektor işdən çıxarıldıqdan sonra müvəqqəti onun yerinə Nizami müəllimin keçdiyini eşidəndə sevincimizin həddi-hüdudu yox idi. Rektor tələbələrin yaxşılığı, rahatlığı üçün üçün hər şey edirdi. İndi onun barəsində kimin bu cür məlumat yayması çox maraqlıdır".
Nizami Yusubov isə tehsil-press.az-a açıqlamasında artıq rektor vəzifəsini icra etmədiyini təsdiqləyib. O, ətrafında gəzən söz-söhbətlər barədə danışmaq istəmədiyini desə də haqqında yayılan xəbərlərin əsassız olduğunu deyib. "Hər şeyi zaman göstərəcək. Mən özümə əminəm, bilirəm ki, heç bir günahım yoxdur. Tələbələrim də məni gözəl tanıyır. Elə onların fikirləri kifayətdir ki, mənim kim olduğumu biləsiniz".
Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu da göndərmişik.
Prezident İlham Əliyev Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərovu bu ilin mart ayında sərəncamla vəzifəsindən azad edib. O, prezidentin 2005-ci il tarixli fərmanı ilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib.
Asəf İsgəndərov təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə də təltif edilib.
2008-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə professor Asəf İsgəndərova Əməkdar elm xadimi fəxri adı verilib.
Nizami Yusubov universitetdə prorektor kimi fəaliyyətini davam etdirir.
Tehsil-press.az