Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Qazaxıstanın Almatı Menecment Universitetinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində “Qlobal kontekstdə yerli kimlik”, “Avrasiya universitetləri: dəyərlər, mədəniyyət və missiya vasitəsilə inkişaf” və “Avrasiya universitetlərinin rəqəmsal strategiyası və beynəlmillələşmə” kimi aktual mövzular üzrə panel müzakirələr aparılıb.
BDU-nun da təmsil olunduğu görüş çərçivəsində müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər və perspektiv əməkdaşlıq imkanlarına dair müzakirələr keçirilib.
Tehsil-press.az