BAAU-dan təhsilin beynəlmiləlləşməsi ilə bağlı yenilik

BAAU-dan təhsilin beynəlmiləlləşməsi ilə bağlı yenilik Bakı Avrasiya Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə BAAU-nun inzibati-işçi və professor-müəllim heyəti iştirak edib. Tədbir ali təhsil müəssisələrinin beynəlmiləlləşmə problemlərinə həsr edilib.
Bununla bağlı Belçikada bir həftəlik təlim və seminarlarda iştirak etmiş BAAU-nun Tədris işləri üzrə prorektoru, dosent Nigar Hüseynova, “Regionşünaslıq və İqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov iştirakçılara ətraflı məlumat veriblər.
Tədbir müzakirələr və sual-cavab formasında davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər