
"Rəngarəng" verilişində qonaq olan müğənni Pünhan Piriyev Vəfa Şərifovanın yalan danışdığını, ona gecə 2-də zəng etmədiyini, 12 radələrində məclisə dəvət olunması ilə bağlı zəng etdiyini bildirib.
Hətta əlavə olaraq onun həyat yoldaşı ilə telefonda danışarkən bu yalnış anlaşılmaya aydınlıq gətirdiyini də açıqlayıb.
Xatırladaq ki, "Rəngarəng" verilişinin ötən buraxılışında müğənni Vəfa Şərifova Pünhan Piriyevin onu gecə 2 də zəng edərək görüşə dəvət etdiyini və bunun ailəsində söz - söhbətə səbəb olduğunu iddia etmişdi.
Tehsil-press.az