
Bu sözləri İmişli rayonu,Aranlı kənd sakini Məmmədov Ziya Cəmşid oğlu bildirib.
Şikayətçinin sözlərinə görə, 12 oktyabr 2025-ci il tarixində təxminən 23:50 radələrində atası Cəmşid Məmmədovun vəziyyətinin pisləşməsi ilə əlaqədar 103 çağrı mərkəzinə zəng edib. Vətəndaş dəfələrlə müraciət etməsinə baxmayaraq İmişli Rayon Mərkəzi Xəstəxanasından təcili yardım avtomobili ayrılmayıb.Əlacsız halda qalan kənd sakini DİN-in 102 çağrı mərkəzindən kömək istəyib.
"Atam infarkt keçirib.Gecə qəfil halı pisləşdi.İmişli xəstəxanasından yardım istəsək də,gələn olmadı.Atamı ağır vəziyyətdə şəxsi avtomobilim ilə Cəbrayıl qəsəbəsində yerləşən tibb məntəqəsinə apardım.Ordan da rayon xəstəxanasından təcili yardım maşını istəsələr də, gələn olmadı.Daha sonra öz hesabımıza atamı İmişli Rayon Xəstəxanasına apardıq.Xəstəxananın baş həkimi Şahin Qurbanov mənə dedi ki, maşın axtarmağınızdan xəbərim olub.Amma niyə kömək etmədiniz,sualına cavab vermədi..."
Məsələ ilə bağlı sözügedən xəstəxananın direktoru Şahin Qurbanovla əlaqə saxlayıb.O,saytımıza açıqlamasında məsələdən xəbəri olduğunu təsdiqləyib.
"Təcili tibbi yardım avtomobilləri mənə tabe deyil.Onlar TƏBİB-in tərkibindədir.Sadəcə olaraq xəstəxananın ərazisində məskunlaşıblar",-deyə direktor bildirib.
Məsələ ilə bağlı TƏBİB-ə də sorğu ünvanladıq.
Vətəndaşın təqdim etdiyi görüntüləri təqdim edirik:
Tehsil-press.az