AMEA-da inanılmaz saçyoldu: alimlərə nəzarət itib və…

AMEA-da inanılmaz saçyoldu: alimlərə nəzarət itib və… Bu gün- az əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda (direktor Nadir Məmmədli) beynəlxalq idman oyunlarında hələki siyahıya salınmayan bir «Saçyolu-idman yarışı» baş tutub. Təsadüfən AMEA-da olan əməkdaşımızın şahid olduğu hadisədən bəlli olur ki, institutun tanınmış dilçi alimi, şöbə müdiri Nərgiz Hacıyeva ilə şöbənin əməkdaşlarından biri arasında qalmaqal və ardınca saçyoldu başlayıb. Hadisə o dərəcədə səs-küylü olub ki, səhhəti pisləşən şöbə müdirinə görə əraziyə təcili yardımla həkim briqadası çağrılıb.

***

Təəssüflənirik… Məsələ ondadır ki, AMEA alimlər ocağı sayılır və çox-çox təəssüflər olsun ki, İsa Həbibbəyli AMEA prezidenti olandan bu elm məbədində alimlərin adı əsasən qalmaqalda, saçyolduda, əlbəyaxada… hallanır. Bu gün baş verən və təəssüf hissi doğuran hadisə isə məhz İsa Həbibbəylinin direktoru olduğu Ədəbiyyat İnstitutunun yerləşdiyi mərtəbədə baş verib. İsa müəllim o qəşqırıq və səs-küyü eşitməyibmi?! Niyə alimlərimizin adı elmi ixtira və kəşflərdə, səmərələşdirici təkliflərdə deyil, belə qalmaqallarda çəkilir?!

Yeri gəlmişkən, elə biz də media olaraq bir səmərələşdirici təklif veririk: Gülməli də olsa, deyirik, bəlkə İsa müəllim AMEA-da bir idman zalı da açdırsın və «Saçyoldu idman oyununu»nu Beynəlxalq İdman Assosiasiyasına müraciət edərək beynəlxalq yarışlar siyahısına saldırsın. İnanırıq ki, AMEA bu «idman növündə» birinci yer tutacaq. Çünki hiss olunur, elm ilə başını qatmalı olan alimlərimiz bu sahədə stimul görmədiklərindən başqa sahəyə keçiblər…

Yeri gəlmişkən, idman indi qazanclı və populyar sahə sayılır. Alimlərimizin də maaşı qəpiq-quruşdur axı…

Tehsil-press.az

Oxşar xəbərlər