Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini bildirib. Akademik deyib ki, iki dildə çap olunan “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun elmi şuralarının qərarı ilə nəşr olunub. Bu, onun göstəricisidir ki, iki qardaş ölkə arasında elm sahəsində sıx əlaqələr öz töhfəsini verməkdədir.
Sonra Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, professor İsmayıl Məmmədli “Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru, professor Almaz Ülvi Binnətova və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yeni nəşrin önəmindən və gələcək əlaqələrdən bəhs ediblər.
Özbəkistanlı qonaqlar - ədəbiyyatşünas alim Babaxan Məhəmməd Şərif və şairə Xasiyət Rüstəm çıxışlarında bu cür lüğətlərin tərtib edilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilib, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapıb.
Tehsil-press.az