Zəlzələ səbəbindən məktəblər bağlanacaq

Zəlzələ səbəbindən məktəblər bağlanacaq Balıkesir Valiliyi bölgədə baş verən zəlzələ səbəbindən bu gün əyalətdəki məktəblərin bağlı olacağını, əlil və hamilə dövlət işçilərinin bir günlük inzibati məzuniyyətə göndəriləcəyini açıqlayıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə, zəlzələdən sonra heç bir insan ölümü qeydə alınmayıb. Lakin istifadə olunmayan 3 bina və 1 mağaza dağılıb.

Qeyd edək ki, dünən yerli vaxtla saat 22:48-də Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər