Hatayda baş verən zəlzələdə yaralananların sayı 560-ı ötüb

Hatayda baş verən zəlzələdə yaralananların sayı 560-ı ötüb Türkiyənin Hatay vilayətində baş vermiş zəlzələdə 6 nəfər ölüb, 562 nəfər yaralanıb.
Bunu daxili işlər naziri Süleyman Soylu bildirib. O, yaralılardan 18 nəfərin vəziyyətinin ağır olduğunu deyib.
Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.

Tehsil-press.az

Oxşar xəbərlər