Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Nikol Paşinyanın əsas strategiyası Azərbaycanla sülhə nail olmaqdan ibarətdir və o, məhz bu proqramla seçkilərə gedir.
"“Real Ermənistan” ideologiyası Azərbaycanla sülh və rifahın təmin olunmasını, həmçinin “dördüncü respublika” konsepsiyası çərçivəsində sosial rifah və iqtisadi inkişafı hədəfləyir. Seçki kampaniyası da məhz bu istiqamətdə aparılır. Azərbaycanla tranzit əlaqələrində məhdudiyyətlərin aradan qaldırılması Nikol Paşinyanın mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Nəzərə alsaq ki, Ermənistan müxalifəti sülhə qarşı çıxır, bu amil Paşinyan üçün əlavə siyasi dividendlər yaradır".
Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”
Müsahibimizin fikrincə, Azərbaycanla sülh istiqamətində həyata keçirilən siyasət xalq arasında Paşinyanın dəstəyini artırır və seçkilərdə ona üstünlük qazandıra bilər.
"Hazırda erməni cəmiyyəti sülh tərəfdarıdır və müharibədə maraqlı deyil, çünki yeni bir müharibə Ermənistan üçün ağır nəticələr doğura bilər. Buna görə də cəmiyyət əsasən müxalifəti deyil, mövcud hakimiyyəti dəstəkləyir. Xatırlatmaq lazımdır ki, ikinci Qarabağ müharibəsindən sonra, 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində məğlubiyyət proqnozlarına baxmayaraq, Nikol Paşinyan məhz sülh gündəliyinə görə xalqın etimadını qazana bilmişdi", - deyə Məhəmməd Əsədullazadə qeyd etdi.
Tehsil-press.az














