Növbəti illərdə sertifikasiya çətin olacaq – “Müəllimlər hər gün…”

Növbəti illərdə sertifikasiya çətin olacaq – “Müəllimlər hər gün…” “Növbəti illərdə keçiriləcək sertifikasiyadan uğur qazanmaq üçün müəllimlər hər gün öz üzərlərində işləməli olacaqlar”

Bu sözləri təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında bildirib.

Qeyd edib ki, bu zamana qədər keçirilən sertifikasiyada müəllimlər üçün bir qədər asan idi:

“Elm və Təhsil Nazirliyi sertifikasiyanı keçirərkən istər sualların tərtibində, istərsə də, prosesin keçirilmə mərhələsində kifayət qədər güzəştlər edirlər. Ancaq növbəti sertifikasiya, yəni 2026-cı ildən sonra keçiriləcək ikinci mərhələ belə olmayacaq. Metodiki biliklərin üzə çıxarılmasına daha çox diqqət yetiriləcək. Artıq müəllimlər hər gün üzərlərində işləməli olacaqlar.

Sertifikasiyaya hazırlıq müəllimin hər gün dərsində əskini tapmalıdır. Müəllimlər seritifikasiya üçün kurslara, repetitor yanına gedirlər, amma mənim fikrimcə müəllim sertifikasiyaya hər gün tədris etdiyi dərs saatında hazırlaşmalıdır.

Artıq müəllimlər bilirlər ki, sertifikasiya diaqnostik qiymətləndirmə kimi deyil. O müəllimlərin peşəkarlığının və peşəyə yararlılığının yoxlanılmasıdır. İndiyə qədər 5000-ə yaxın müəllimin əmək müqaviləsinə xitam verilib. Bundan sonra da bu proses davam edəcək. Ona görə də müəllim peşəsində çalışmaq istəyənlər daha bu sahəyə daha ciddi yanaşmalıdırlar”.

Tehsil-press.az

Oxşar xəbərlər