Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib ki, sertifikasiya imtahanında uğur qazanan, yüksək nəticə göstərən müəllimlərin maaşının 1300 manat civarındadır. Agentlik direktorunun bu açıqlaması birmənalı qarşılanmayıb. Çünki əksər müəllimlər bu qədər yüksək maaş almadqlarını iddia edirlər.
Təhsil məsələləri üzrə ekspert Elşən Qafarov “Yeni Sabah”a açıqlamasında hər iki tərəfin münasibətinə və açıqlamasına rəy bildirib:
“İctimaiyyətə açıqlama verəndə bir qədər ehtiyatlı olmaq lazımdır. İki ildir ki, ölkədə sertifikasiya prosesi gedir. Həmçinin, bu prosesin daxilində müəllimlərin psixoloji cəhətdən imtahana hazırlıq məsələsi də var. Belə bir vaxtda məsuliyyətli və həssas davranmaq, insanları bu cəhətdən qıcıqlandırmamaq lazımdır. Hər kəs bilir ki, sertifikasiyadan keçən müəllimlərin əməkhaqqı 10 faiz artıb. Müəllimin həftəlik dərs yükü isə 18 saatdır. Bu gün müəllimlərimizin çox az hissəsi 18 saatdan çox dərs deyir. Belə bir vəziyyətdə necə ola bilir ki, orta aylıq əməkhaqqı 1000 manatdan daha yüksək olsun? Bu hansı düsturla hesablanır? Orta aylıq əməkhaqqını hesablamağın qaydası var. Onlar isə hesablamaq üçün ümumi büdcəni saya bölürlər. Bu düzgün deyil”.
Ekspert qeyd edir ki, bu tip açıqlamalar haqlı narazılıqların ortaya çıxmasına səbəb olur:
“Düşünürəm ki, Azərbaycan müəlliminin orta aylıq əməkhaqqı 1000 manatdan çox deyil. Düzdür, aralarında bir neçə müəllim var ki, 1000-1500 manat maaş alır. Amma ümumi olaraq belə bir fikir həqiqəti əks etdirmir. Hər şey göz qabağındadır. Ən azı bu tip açıqlamaları dinləyən müəllim özü çox gözəl bilir ki, o, belə bir məvacib almır. Bunu da təhsil idarəetmə orqanının rəhbərindən eşidəndə haqlı narazılıq yaranır”.
Tehsil-press.az