Dünyanın ən kiçik kompüteri təqdim edildi

Dünyanın ən kiçik kompüteri təqdim edildi Güclü kompüterlərin vacib bir mənfi cəhətləri var. Onlar ölçü baxımından çox böyük olurlar. Lakin bu mənfi özəllik yaxın gələcəkdə aradan qaldırıla bilər.
Bu barədə IBM şirkəti məlumat yayıb. IBM Think 2018 tədbiri çərçivəsində şirkət özünün də dediyi kimi dünyanın ən balaca kompüterini təqdim edib. Duz dənəciyi ölçüsündə olan çip gücünə görə 1990-cı ilin x86 adlı prosessorun hesablama gücünə bərabərdir. Günümüzdə isə bu cür göstərici heç də çox deyil.

Dünyanın ən kiçik kompüteri təqdim edildi

Şirkət rəsmilərinin sözlərinə görə bu kompüterin istehsalı 10 sentdən az qiymətə başa gələcək və bir neçə yüz min tranzistordan ibarət olacaq. Bu isə öz növbəsində həmin kompüterə məlumatların idarə olunması, analizi və hətta emalı imkanlarını verəcək. Sözügedən kompüter blockchain texnologiyası vasitəsilə çalışır. Əsasən o, tətbiqlərin blokları üçün məlumat mənbəyi qismində çıxış edə bilər.
Kompüter hətta məlumatların sıralanması kimi süni zəka bazası tapşırıqlarını da yerinə yetirə bilər. IBM-in bildirdiyinə görə növbəti 5 il ərzində bu cür kiçik kompüterlər istənilən cihazda olacaq. Bununla belə şirkət öz məhsulunun nə zaman irimiqyaslı istehsalata yollanacağı barəsində məlumat verməyib. Şirkət mühəndisləri hələki çipin prototipi ilə müxtəlif sınaqlar keçirdirlər.

Tehsil-press.az

Oxşar xəbərlər