Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması barədə məlumat vermişdik.Onun Ramiz Mehdiyevlə bağlı başlanmış cinayət işi ilə bağlı saxlanıldığı bildirilir.
Oxu24.com bundan öncə Gültəkin Hacıbəyliyə Ramiz Mehdiyev tərəfindən bahalı evlər verilməsi barədə məlumat vermişdi.
Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib.Qeyd olunan evlər tam təmirli və əşyalı təqdim olunub.
Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.
Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə Gültəkinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayır.
Oxu24.com-un əməkdaşı Hacıbəylinin Mehdiyevdən hədiyyə aldığı evlərin yerini dəqiqləşdirib.
Sözügedən binanın və mənzillərin çöl görüntüsünü təqdim edirik:
Tehsil-press.az










