Bunu müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
O, bu cür müzakirələrin məhz imtahan ərəfəsində başlamasının təsadüfi olmamasına diqqət çəkib:
"Biz isə istəyirik ki, məhz bu məqamlar gündəmə gətirilsin və öncədən açıq şəkildə müzakirə olunsun. Niyə bu cür müzakirələr həmişə imtahan ərəfəsində və ya imtahandan bir gün sonra başlayır? Bu, bəzi şəxslərin diqqət mərkəzində qalmaq cəhdidir. Nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə “təhsil eksperti” adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir".
Tehsil-press.az







