İki gün davam edən beynəlxalq elmi tədbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Macarıstan, Hindistan, Albaniya, Şimali Makedoniya, Bosniya və Herseqovinada onomastika sahəsində fəaliyyət göstərən alimlər qatılıblar. Simpozium çərçivəsində 16 iclasda 60-dan çox tədqiqatçının məruzəsi dinlənilib. Reyhan Həbibli simpoziumda “Sosioonomastika – dil və cəmiyyət kəsişməsində yeni elmi yanaşma” mövzusunda məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş elmi müzakirələrə səbəb olub.
Tədbirin yekun qiymətləndirmə iclasında Türk Dil Qurumunun rəhbəri, professor Osman Mert də iştirak edib. İclasdan sonra simpozium iştirakçılarına sertifikatlar təqdim olunub.
Tehsil-press.az







