Beynəlxalq simpoziumda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb

Beynəlxalq simpoziumda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb Türkiyənin Üsküdar Universitetinin təşkilatçılığı ilə “Pandemiya və yalnızlıq” mövzusunda II beynəlxalq simpozium keçirilib. Türkiyə, Kanada, Almaniya, Rusiya və digər dövlətlərin tanınmış mütəxəssislərinin iştirak etdiyi onlayn tədbirdə ölkəmizi Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə təmsil edib.
İki gün davam edən simpoziumda psixoloq, sosioloq və filosofların yalnızlığın iqtisadi, siyasi, mədəni və ictimai kökləri haqqında məruzələri dinlənilib. Alimlər müasir mədəniyyət-cəmiyyət-fərd, canlılıq, şüurluluq, individuallıq, birlikdə yaşayış və tənhalıq, təcrid, sosial məsafə və yeni normalar kimi məsələlər ətrafında müzakirələr aparıblar.
K.Bünyadzadənin “Yalnızlıq və yaradıcılıq” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər