ADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edib

ADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Rəssamlıq fakültəsinin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müəllimi Vüqar Əliyev 12-19 yanvar tarixində Türkiyənin Adana şəhərində keçirilən I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edib.
Qazi Universitetinin təşkilatçılığı ilə keçirilən simpoziuma Türkiyə, Albaniya, Azərbaycan, Başqırdıstan, Bosniya və Herseqovina, Dağıstan, Xorvatiya, İran, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Kosovo, Makedoniya, Özbəkistan, Serbiya və Tacikistandan 77 rəssam dəvət olunub.
Simpozium günləri ərzində müxtəlif ölkələrdən gələn rəssamların Adana şəhərinin tarixi və mədəni dəyərlərini əks etdirən əsərləri 75.il Sənət Qalereyasında sərgilənib. Bütün iştirakçılar diplom ilə təltif olunublar.

ADMİU-nun Mətbuat Xidməti


ADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edibADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edibADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edibADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edibADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edibADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edibADMİU-nun müəllimi I Beynəlxalq Türk dünyası Sənət Simpoziumunda iştirak edib

Oxşar xəbərlər