BDU-nun professoru beynəlxalq simpoziumda məruzə edib

BDU-nun professoru beynəlxalq simpoziumda məruzə edib Türkiyənin Egey Universitetinin Türk Dünyasının Tədqiqat İnstitutu Cənubi Qafqazda baş verən sosial-iqtisadi və siyasi dəyişiklikləri müzakirə etmək üçün I beynəlxalq simpozium təşkil edib. Bakı Dövlət Universitetinin (BDU) İqtisadi
və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmayılov simpoziumda bölmə moderatoru və məruzəçi qismində iştirak edib.
Simpoziumda professor Ç.İsmayılov “İşğaldan azad olunmuş Azərbaycan ərazilərində sosial-iqtisadi inkişafın bərpası” mövzusunda məruzə edib. O, “Böyük Qayıdış” proqramı əsasında regionun ölkə iqtisadiyyatına
reinteqrasiya istiqamətləri barədə məlumat verib, bununla bağlı dövlət tərəfindən ardıcıl aparılan quruculuq işlərindən danışıb.
Simpoziumda təmsil olunan Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstan alimləri Cənubi Qafqazda yaranmış yeni geosiyasi mənzərədə sosial-iqtisadi inkişaf yollarını təhlil edərək, regionda əməkdaşlığın genişləndirilməsi imkanları haqqında müzakirələr aparıblar.

Tehsil-press.az



Oxşar xəbərlər