
Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyevlə hüquqşünas Abdulla Hikmət oğlu Əfəndizadə arasında məhkəmə çəkişməsi başa çatıb.
Belə ki, iki il bundan əvvəl Feysbuk sosial şəbəkəsində paylaşdığı statusda Cavid Alıyevə böhtan ataraq barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığına görə, vəkil hüquqşünasa qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Abdulla Əfəndizadə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib, üzərinə yalan olduğunu bilə-bilə paylaşdığı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya vasitəsində rəsmi qaydada təkzib vermək və məlumatları yaymasına görə üzr istəmək, vurduğu mənəvi zərərə görə təzminat ödəmək öhdəliyi qoyulub.
Hökmdən Abdulla Əfəndizadənin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ş qərarı ilə təmin edilməyib.
Bu qərardan Abdulla Əfəndizadə kassasiya şikayəti verib.
Ötən gün Ali Məhkəmədə baxılan şikayət təmin olunmayıb və qərar qüvvədə saxlanılıb.
Tehsil-press.az