Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət

Qapalı məkanlarda maska taxın! - Əhaliyə müraciət İctimai sağlamlığı qorumaq və infeksiyaların yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi vətəndaşları qarşıdan gələn bayram və həftəsonları ərzində sanitariya-gigiyena qaydalarına xüsusi diqqət yetirməyə çağırır.

Virusa qarşı həssaslığı yüksək olan şəxslərə ictimai tədbirlər zamanı və qapalı məkanlarda fərdi tənəffüs yollarının mühafizə vasitələrindən istifadə etmələri və əl gigiyenasına riayət etmələri tövsiyə olunur.

Həmçinin gündəlik qida rasionuna vitaminlərlə zəngin qidaların daxil edilməsi tövsiyə olunur.

Hər bir vətəndaş sağlamlığına qarşı xüsusilə həssas və məsuliyyətli olmalı, özünü və başqalarını potensial infeksiya risklərindən qorumalıdır.

Sağlamlıq ortaq bir məsuliyyətdir.

Tehsil-press.az

Oxşar xəbərlər