Məqalədə Utricularia neglecta Lehm. bitki növünün Azərbaycan və Cənubi Qafqaz üçün yeni növ kimi təsdiqlənməsindən bəhs olunub.
Tədqiqat nəticəsində məlum olub ki, Samur – Yalama Milli Parkı yaxınlığından, Xəzər dənizi sahillərindən tərəfimizdən toplanılmış herbari nüsxələrinin təhlili nəticəsində ilk dəfə olaraq Cənubi Qafqaz üçün yeni növ - Utricularia neglecta Lehm. bitki növü aşkar edilmişdir. Bu, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində ilk tapıntıdır.
Tehsil-press.az








