Gürcüstanda pandemiyaya görə tətbiq edilən ictimai nəqliyyat və qapalı məkanlarda qoruyucu tibbi maskadan istifadə istisna olmaqla, bütün məhdudiyyətlər aradan qaldırılacaq.
Bu barədə Dövlət Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Giorgi Qibradze məlumat verib.
Onun sözlərinə görə, ictimai iaşə obyektləri, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri ləğv ediləcək. Distant qaydada çalışanlar iş yerlərinə qayıda biləcəklər.
Bundan başqa, PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunacaqlar.
Lakin ictimai nəqliyyat və qapalı ictimai məkanlarda maskadan istifadə tələbi qüvvədə saxlanılır.
Tehsil-press.az