Layihə Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.
Layihədə uğur qazanan və 15 ali təhsil müəssisəsini təmsil edən 634 iştirakçıdan 139-u BDU-nun müəllim və tələbəsidir.
“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi 2022-ci ildən etibarən icra olunur. İndiyədək müqavilə şərtlərinə cavab verən 1280 nəfərin bu imtahan üzrə ödənişləri Fond tərəfindən geri qaytarılıb. Onlardan 377 nəfəri BDU-nun tələbəsi və elmi-pedaqoji heyət üzvü olub. Layihənin məqsədi ali təhsil ocaqlarının müəllim və tələbələrinin ingilis dilini mənimsəməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
Tehsil-press.az








