Bayram günlərinin kosmik hava proqnozu

Bayram günlərinin kosmik hava proqnozu Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.

Kafedranın məlumatına görə, hazırda Günəş aktivliyi orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Mövcud koronoqraf görüntülərində Yerə yönəlmiş tac kütlə atılması müşahidə edilməyib. Digər sinif alışmaların olma ehtimalı çox azdır.

Geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı dekabrın 31-i, yanvarın 1-7-də aşağı səviyyədə - 1-4 intervalında olacaq. Bu da geomaqnit sahənin fon səviyyəsində olacağını göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər