Hazırda geomaqnit qasırğası müşahidə edilir

Hazırda geomaqnit qasırğası müşahidə edilir “​Hazırda geomaqnit qasırğası müşahidə edilir”​.
“Ötən üç sutka ərzində bir çox C sinif (Yerə təsir edə bilməyən) alışmalar baş versə də, Günəş aktivliyi aşağı səviyyədə olub. M (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) və X (güclü) sinif alışmaların baş verməsi ehtimalı aşağıdır. Planetlərarası maqnit sahəsi və Günəş küləyinin sürəti norma daxilindədir.​
Dekabrın 1-də səhər saatlarında maqnit qasırğasının loqarıfmik indeksini göstərən Kp əmsalı 5-6 intervalında olub, günortadan etibarən 3-4 intervalına qədər azalacaq. Hazırda geomaqnit sahə G1 səviyyəli geomaqnit qasırğası səviyyəsindədir. Yüksək en dairələrində isə G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur. Dekabrın 2-də gecə saatlarında Kp əmsalı 4-5 olacaq, sonra isə azalaraq 2-3 intervalında dəyişəcək. Dekabrın 3-də isə geomaqnit sahənin sakit olacağı proqnozlaşdırılır”, - məlumatda qeyd edilib.

Tehsil-press.az



Oxşar xəbərlər