BDU-nun Astrofizika kafedrası: Hazırda geomaqnit sahə sakit və stabildir

BDU-nun Astrofizika kafedrası: Hazırda geomaqnit sahə sakit və stabildir Hazırda Günəşdə baş verən alışmaların aktivlik indeksi sarı zonaya düşür (cəmi beş olmaqla yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyi indeks mövcuddur), geomaqnit sahə sakit və stabildir.
Martın 5-dən 7-dək geomaqnit sahənin aktiv hala keçəcəyi, geomaqnit şəraiti göstərən Kp əmsalının 10 ballıq şkala ilə 4-5, martın 15-i üçün isə 4 olacağı proqnozlaşdırılır. Martın 25-dək geomaqnit şəraitin sakit olacağı, martın 25-dən 28-dək geomaqnit şəraitin yenidən fəallaşacağı gözlənilir. Bunun nəticəsində Kp əmsalının 4-7 intervalına, geomaqnit qasırğasının isə G2 (orta) və G3 (orta, nisbətən daha güclü) səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Hazırda Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99 faiz, M sinif alışmalar üçün 50 faiz, X sinif alışmalar üçün isə 15 faizdir. Martın 2-dən 4-dək Kp əmsalı 1-3 intervalında dəyişəcək.

Tehsil-press.az


Oxşar xəbərlər