Maqnit qasırğasının səviyyəsi açıqlandı

Maqnit qasırğasının səviyyəsi açıqlandı Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub.
Məlumata görə, Günəş diski ləkəsizdir və koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.
Qeyd edilir ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun zəifləmə müşahidə olunub. Günəş küləyinin sürəti 325 km/san qeydə alınıb. Ümumi maqnit sahəsi hesabat dövründə 3-5 nT intervalında qiymət alıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.
Bildirilir ki, proqnoz dövründə (20 - 22 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (20 - 22 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (20 - 22 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (20 - 22 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=1,2). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.

Tehsil-press.az

Oxşar xəbərlər