Fransada ingiltərəli iki futbol azarkeşi həbs olunub. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onların Avropa Çempionatı vaxtı kütləvi iğtişaşlarda iştirakı olub.
Onlardan birinə iki, digərinə üç aylıq həbs cəzası verilib. Daha öncə UEFA-nın İngiltərə və Rusiya yığmalarını AÇ-2016 iştirakçıları siyahısından uzaqlaşdıra biləcəyi məlum olub. Bu, azarkeşlər tərəfindən xuliqanlıq hərəkətləri davam edəcəyi halda baş verəcək. UEFA Marseldəki toqquşmalardan sonra hər iki ölkəyə xəbərdarlıq edib. Qurum Rusiya Futbol İttifaqına qarşı intizam işi də açıb. Qeyd edək ki, iyunun 11-də keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Tehsil-press.az