Cümə günü Fransanın paytaxtı Parisin “Stad de Frans” stadionunda Fransa və Rumıniya komandalarının iştirakı ilə futbol üzrə XV Avropa çempionatına start verildi.
Bununla da 51 oyundan ibarət böyük futbol bayramı başladı. Həmin matçlara baxmaq üçün yüz milyonlarla azarkeş dünyanın hər yerində televiziya ekranları qarşısına toplaşacaq və bir ay ərzində hamısı ARDNŞ adını və Azərbaycan bayrağının rəngləri ilə bəzədilmiş banneri seyr edəcək.
Bəli, Azərbayca Dövlət Neft Şirkəti UEFA-nın rəsmi tərəfdaşı və Avro-2016-nın sponsorudur. Avropa çempionatının seçmə turnirləri keçirilərkən bizim dövlət şirkətinin reklamı Köhnə Dünyanın, demək olar, bütün stadionlarında nümayiş olunub.
İndi isə biz onu Fransanın meydanlarında görürük və bu da təbiidir. Kimsə soruşa bilər: Bu, Azərbaycana nə verir? UEFA ilə əməkdaşlığın ölkəmizə nə xeyri var?
Ondan başlayaq ki, bu gün SOCAR transmilli şirkətdir. O, Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə aktiv fəaliyyət göstərir. Nəzərə alsaq ki, SOCAR-ın fəaliyyətinin böyük bir hissəsi xarici ölkələrlə bağlıdır, deməli, beynəlxalq aləmdə müvafiq marketinq hərəkətləri olmalıdır.
Və bütün bunlar yekunda Azərbaycanın büdcəsinə əlavə gəlir gətirir. Məsələn, Boston Consulting Group və Wood Mackenzie-nin hesablamalarına görə, İsveçrədə yaradılan SOCAR Trading şirkəti 2008-2013-cü illərdə Azərbaycana 1,7-1,8 milyard dollar gəlir gətirib.
Türkiyədə isə ARDNŞ-ın nəzarət etdiyi Petkim şirkəti, Ak Yatirim şirkətinin müstəqil analizinə uyğun olaraq, 2016-2019-cu illərdə hər il öz gəlirini 10 faiz artıracaq. Bu, onun illik gəlirini 307 milyon dollara qədər yüksəldəcək. Belə bir müsbət proqnoz ARDNŞ-ın investisiya strategiyası ilə əlaqədardır.
Başqa sözlə, xarici bazarların mənimsənilməsi və Dövlət Neft Şirkətinin xaricdə aktiv fəaliyyəti ölkəmizin büdcəsini əhəmiyyətli dərəcədə artıracaq və Azərbaycanda ən böyük layihələrin reallaşdırılmasına kömək edəcək ki, nəticədə bizim vətəndaşların həyat səviyyəsi yüksələcək. Bundan başqa, ARDNŞ-ın Avropada aktiv olması Azərbaycanın maraqlarının fəal və səmərəli lobbiçiliyinə imkan yaradır.
Ancaq bu beynəlxalq uğurların davamlı olması üçün savadlı marketinq işini həyata keçirmək lazımdır. Gələcəkdə Azərbaycanın hüdudlarından kənarda öz məhsullarının satışını müvəffəqiyyətlə reallaşdırmaq üçün artıq indidən reklam kampaniyasına başlamaq vacibdir.
Buna görə də, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Cüdo Federasiyası (IJF) kimi böyük təşkilatlarla əməkdaşlıq razılaşmalarının imzalanması tamamilə məntiqə uyğundur.
Əlbəttə, ARDNŞ Azərbaycanda da idmanı dəstəkləyir. Şirkət uzun illərdir ki, futbolun və şahmatın inkişafına kömək edir, Azərbaycan Cüdo Federasiyasını maliyyələşdirir, mayda Azərbaycanda keçirilmiş gənclər üzrə Avropa Futbol Çempionatına (U-17) sponsorluq edib.
ARDNŞ azarkeşlərə də qayğı ilə yanaşır. Onlar üçün Bakı Olimpiya Stadionunun ərazisində 2016-cı il Avropa futbol oyunlarının nümayişi üçün böyük bir monitor quraşdırılmış sahə təşkil olunub. Bir sözlə, ARDNŞ çox istiqamətlər üzrə iş görür, lakin dividentlər bütün Azərbaycanın hesabına yazılır.
Tehsil-press.az