Peşəkarlar tələbələrlə təcrübələrini bölüşüblər

Peşəkarlar tələbələrlə təcrübələrini bölüşüblər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Tranformativ dövr” konfransı keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən konfransda müxtəlif ali təhsil müəssisələrində təhsil alan 162 tələbə, müəllim heyəti və ekspertlər iştirak ediblər.
Konfransın məqsədi tələbələrə karyera planlaması və əmək bazarına inteqrasiya olmaqda peşəkarların təcrübə və tövsiyələrini çatdırmaq olub. Konfransda Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmosun Strategiya və Biznesin İnkişafı departamentinin direktoru Natavan Həsənova, “Novco” şirkətlər qrupunun rəhbəri Fərid Novruzi, fərdi inkişaf üzrə kouç Ruqiyyə Əşrəfli və Böyük Britaniyanın “PD&MS” şirkətinin planlama mühəndisi, III “Yüksəliş” müsabiqəsinin qalibi Sübhan Əsgərzadə spiker qismində çıxış ediblər.
Konfransın spikerləri tərəfindən "Sabit məqsəd və kritik yol”, “Müvəffəqiyyətin inşası: memar sizsiniz”, “Orbitində uğur: məqsəd, hazırlıq, əzm”, “Atomik vərdişlər: kiçik dəyişikliklər, əlamətdar nəticələr” mövzusunda təqdimatlar edilib.
Sonda spikerlər tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər