Fransada 43 rusiyalı azarkeş həbs olundu

Fransada 43 rusiyalı azarkeş həbs olundu Fransada 43 rusiyalı azarkeş həbs olunub.

Tehsil-press.az verdiyi xəbərə görə, Ümumrusiya Azarkeşlər Birliyinin rəhbəri Aleksandr Şprıqinin sözlərinə görə, Fransanın Lil şəhərinə gedən avtobusda olan rusiyalı azarkeşlərin - sürücü və qadınlar da daxil olmaqla, hamısı həbs edilib.
“Hər şey artıq aydınlaşdı. Əvvəlcə jandarma rəisi bizi sərbəst buraxdı, lakin sonra Marsel prokuroru, sürücülər və qadınlar daxil olmaqla, hamının həbs edilməsinə dair qərar verdi. Belə bir qərarın verilməsi xəsarət alan ingiltərəli azarkeşin vəziyyətinin pisləşməsi ilə əlaqədardır. Onun beyninin fəaliyyəti dayanıb”, - deyə Aleksandr Şprıqinin bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər