Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

Azərbaycan niyə Sülh Şurasına üzv oldu? Bu günlərdə ən çox verilən sual Trampın Sülh Şurasının nə olduğu və Azərbaycanın ora daxil olmasının məqsədi ilə bağlıdır.

Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib.

“İndiyə qədər heç kim bunun yeni BMT üçün prototip, yoxsa sadəcə Qəzza müqavilələrinin həyata keçirilməsini təmin etmək üçün bir layihə olduğunu dəqiq deyə bilmir. Ümumiyyətlə, Şura ilə bağlı vəziyyət dinamikdir...

Və Azərbaycanın maraqları və məqsədlərindən danışarkən köhnə bir deyim yada düşür: “Şam yeməyində iki qismdə iştirak edə bilərsiniz: ya ziyafətdə tam hüquqlu iştirakçı kimi, ya da menyunun bir hissəsi kimi...”.

Beləliklə, skamyada ehtiyatda oturmaq yox, meydanda oyunçu olmaq lazımdır.

Yeri gəlmişkən, Şuraya hamı dəvət olunmur”, - politoloq vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Davosda Sülh Şurası Nizamnaməsi sənədini imzalayıb.

Tehsil-press.az

Oxşar xəbərlər