Böyük siyasi xadim Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanı davamlı sosial-iqtisadi inkişaf yoluna çıxarıb, Vətənimizi qorumağa qadir olan güclü ordu yaradılıb, Azərbaycan xalqının bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edilib. Dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elm və mədəni həyatında əsaslı dönüş başlanıb, əmin-amanlığa və siyasi sabitliyə nail olunub.
Tehsil-press.az xəbər verir ki, bu fikirlər Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə 23 il əvvəl Azərbaycanda baş verən hadisələr bir daha xatırlanıb, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda ali hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Sonra Yeni Azərbaycan Partriyasına qəbul olunmuş bir qrup gəncə partiyanın vəsiqələri təqdim olunub. Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
X X X
Xalqımızın tarixinin parlaq səhifəsi olan 15 İyun - Milli Qurtuluş Günü laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində də təntənəli şəkildə qeyd olunub.
Rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Liderin Taxtakörpü qəsəbəsindəki büstü önünə çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Laçın Rayon İcra Hakimiyyətində davam etdirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli çıxış edərək, 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimiz dönməz xarakter alıb, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin yüksəlməsi sahəsində mühüm işlər görülüb. 25 illik şərəfli yol keçən müstəqil Azərbaycan respublikası bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Ölkə həyatının bütün sahələrində yüksəlişə və tərəqqiyə nail olunub.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.
X X X
15 İyun - Milli Qurtuluş Günü ilə bağlı Bərdə rayonunda keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə çıxış edənlər 1990-cı illərdə respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri geniş təhlil edib, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar.
Bayram münasibətilə Heydər Əliyev adına park-bulvarda geniş konsert proqramı təqdim olunub.
Tehsil-press.az