ANS-in “Böyük Seva”sı ilə bağlı ÜZÜCÜ XƏBƏR

ANS-in “Böyük Seva”sı ilə bağlı ÜZÜCÜ XƏBƏR Hər kəsin ANS telekanalından “Böyük Seva” kimi tanıdığı Sevda Həsənovanın sağlıq durumunda ciddi problem yaranıb.

Yaxınlarının verdiyi xəbərə görə, tanınmış jurnalist bu gün Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatına alınıb.

7 saatdan çox davam edən əməliyyat zamanı jurnalistin beyin şişinin cərrahi yolla götürülməsi (ekstirpasiyası) prosesi aparılıb.

Hazırda o, reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, Sevda Həsənova 1994-cü ildən ANS bağlanana qədər orada çalışıb. Bu illər ərzində o, ANS-də bir sıra vəzifələr tutub.

Tehsil-press.az

Oxşar xəbərlər