Müğənni Dəniz Əsədova hakim qarşısında - YENİLƏNİB (VİDEO)

Müğənni Dəniz Əsədova hakim qarşısında - YENİLƏNİB (VİDEO) Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində müğənni Dəniz Əsədova ifadə verib.

Onun sözlərinə görə, bütün günahlar Kəlbəcər rayon Mərkəzi xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımovadadır:

"Mənim Prokurorluqdan xahiş və tələbim odur ki, əlimdəki çoxsaylı telefon sübutlarına və rəsmi sənədlərə, bank kartlarına əsasən, Kəlbəcər rayon Mərkəzi xəstəxanasının keçmiş baş həkimi Kazımova Mehparə Musa qızı, onun Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının operatoru Məmmədova Əfsanə Elxan qızı, Əfsanənin əri Unibankın filial işçisi Salmanov Nicatın əlbir olaraq vətəndaşlardan aldıqları rüşvətlərin onların hər üçünün unibank kart hesablarına köçürüldüyü barədə çox ciddi araşdırılsın.

"Bildirirəm ki, “Sübutların qiymətləndirilməsi” hissəsində tanış olduqda, Həsənov Anar Seyfəddin oğluna guya “Paranoid şizofreniya” 19 sentyabr 2017- ci il tarixdə 0270003AADJJ Həkim komissiyasının sədri Kazımova Mehparə Musa qızı və xəstəxananın həkimləri komissiyasının üzvlərinin elektron imzalarından istifadə etməklə məlumatların doğruluğunun təsdiq edilərək informasiya resursuna daxil edilməsinə, səbəb olduğu halda Kəlbəcər rayon Mərkəzi xəstəxanasının komputrr operatoru Məmmədova Əfsanə Elxan qızı və onunla birlikdə cinayəti törədən Mehparə Kazımova təkrarən Haqverdiyev Gülnar Marif qızına guya “süd vəzinin yuxarı içəri kvadratının bədxassəli yenitörəməsi, sol südvəzin xərçəngi, kombinə olunmuş müalicədən sonrakıvəziyyət, PT2N1M1” və saor kimi həqiqətə uyğun olmayan əsas diaqnozlarla yanaşı ağırlaşması və yanaşı xəstəliklərə aid yalan məlumatların 01 oktyabr 2017-ci il tarixdə 0270003AADJY nömrəli göndərişi, Təzəgül Abbasovaya guya “Beyin infarktı, sol beyin arteriyası hövzəsində keçirilmiş işləmək insultun davamlı qalıq əlamətləri” Allahverdiyev Babək Xalqverdi oğluna guya “xroniki obstrukticv pielonefrit, ikitərəfli xroniki qlomerulonefrit, tez-tez kəskinləşmələrlə, qarışıq forma” diaqnozu ilə 03 yanvar 2018-ci il tarixli, 270003AADD1 nömrəli göndərişi, Quliyeva Sevil Allahqulu qızına guya “Xroniki obstruktiv pielonefrit ikitərəfli xroniki qlomerulonefrit, tez-tez kəskinləşmələrlə, qarışıq forma” diaqnozu ilə 07 mart 2018-ci il tarixli, 0270003AADT9 nömrəli elektron göndərişə daxil edildikləri halda, Kəlbəcər rayon Mərkəzi xəstəxananın sabiq baş həkimi Kazımova Mehparə Musa qızı və onunla əlbir olan KMRX-nın komputer operatoru Forma-088 təyin edən Məmmədova Əfsanə Elxan qızı Bu şəxslərə Mehparə Kazımovanın Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında baş həkim işlədiyi dövrdə rüşvət qarşılığında qanunsuz əlillik dərəcələri verib, dövlət büdcəsini talayıblar".

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib.

16:28

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində müğənni Dəniz Əsədova ifadə verib.

Tehsil-press.az

Oxşar xəbərlər