Bu yaxınlarda Azərbaycan Dillər Universitetində (ADU) universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi, Təlimdə innovasiyalar kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Ən Yaxşı Esse” müsabiqəsi keçirilib.
İngilis dilinin leksikologiyası, İngilis dilinin üslubiyyatı və Təlimdə innovasiyalar kafedrasının müəllim heyəti tərəfindən Pedaqoji (İngilis dili-alman dili) fakültənin tələbələri arasında keçirilən müsabiqənin ilkin mərhələsində 32 nəfər tələbə uğurlu nəticə göstərərək “Ümummilli lider Heydər Əliyevin gənc nəslin həyatında ali təhsilə verdiyi mühüm əhəmiyyət” mövzusunda müsabiqənin final mərhələsində iştirak ediblər.
Təlimdə innovasiyalar kafedrasının müdiri, dosent Aytən Bayramovanın sədri olduğu münsiflər heyəti yazı üçün əhəmiyyət daşıyan bir sıra meyarları, o cümlədən düzgün strukturun gözlənilməsi, məzmunun tam açılması, mövzunun yaradıcı şəkildə şərhi, fikrin faktlarla əsaslandırılması, söz ehtiyatı zənginliyi və s. nəzərə alaraq qiymətləndirmə aparıblar. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq Səbinə Şərifova birinci, Tutu Piriyeva ikinci və Gülnar Mustafayeva isə üçüncü yerə layiq görülüb. Qeyd edək ki, qalib tələbələrlə yanaşı onların müəllimləri də mükafatlandırılıb.
Tehsil-press.az